Yüklənir...

Gəlin tanış olaq!

Qeyri-neft sektorunun inkişafında xüsusi rol oynayan kənd təsərrüfatı dədə-babalardan günümüzə çatan ən dəyərli irsimizdir. Daim alın tərini torpağa axıdan zəhmətkeş əllər kənd sovqatını əzizlərinə göndərən zaman əziyyətinin əvəzini görmüş olur. Biz də uzun illərdən bəri torpaqdan gələn təcrübəmizi innovasiya ilə birləşdirərək 100% Azərbaycan məhsulu olan Bio Organic yerli gübrə brendini yaratdıq. Məhsulumuz tam təbii olmaqla rəqib gübrələrdən seçilir və torpaq kökünün, bitki və təsərrüfat məhsullarının mənşəyinə əvəzsiz faydaları ilə fermerlərin köməyinə çatır. Bitki mənşəli üzvi maddələrin fermentasiyası nəticəsində əldə edilən gübrəmizin tərkibi heç bir halda kimyəvi qatqı ehtiva etmir. Bu bizi fərqləndirən əsas xüsusiyyət olsa da, heyvanlara və təbiətə dost mənşəli olaraq ziyan vurmaması da sadalanan faydalarına daxildir. Üzvi əkinçilikdə də fermerlərin əlindən tutan vasitəmiz heç bir qalıq qoymadan tam sağlam məhsulu təsərrüfatdan süfrələrimizə çatdırmağa şərait yaradır.