Vətənin ənənəvi istehsal sahəsi olan kənd təsərrüfatı sürətli inkişaf dövrü yaşayan Azərbaycanın tarixi və bugünü üçün önəmli sahədir. İllərdən bəri tərəqqi yolu keçən və artım tempi ilə kənd insanlarının qayğısına qalan bu sahə həm də sağlam qida ilə bugün süfrələrimizi doldurur.
Lakin, pandemiya və yola saldığımız çoxsaylı xəstəliklərin ərsəyə gəlməsində kimyəvi tərkibli qidaların da iştirak payı vardır. Demək olar ki, həm iqtisadiyyatın bir çox sahələrinin, həm də bəşəriyyət sağlamlığının artıq müqavimətii zəifləyib. Biz də öz növbəmizdə torpaqların kimyəvi maddələr səbəbindən yorulmasının, ərzaq qıtlığının qarşısının alınması, insanlara sağlam qida təminatı məqsədi ilə bu unikal
gübrəni hazırladıq. Hansı ki, tam təbii və yüksək üzvi dəyəri olan bioloji kütlədən əmələ gələn, xüsusi fermentasiya texnologiyası ilə yaradılan Bio Organic mayesi tək tərkiblə çox iş görməyə qadirdir. Biz bir məhsulda bir neçə məhsul effekti verən gübrə hazırlamağı hədəfləmişik. Hazırda bu xüsusiyyətlərinə görə gübrəmiz öz rəqiblərindən bir neçə addım öndədir. Xüsusi vurğulamaq lazımdır ki, bizim seçdiyimiz texnologiya ilə dünyanın 2 yerində gübrə hazırlanmaqdadır. Kaliforniyada və Sudanda da bu üsuldan istifadə olunur. Sudanda qurulan texnologiyanın qurucusu isə layihənin rəhbəri, həmyerlimiz professor Əli Çingizoğlu Mehrəliyevdir.